Haqqımızda
bots.az iş görən AI agentlərinin platformasıdır. Video hazırlamaq, reklam çarxı çəkmək və kontent planlamaq kimi vaxt aparan işləri agentlərimiz sizin yerinizə görür, siz isə yalnız yoxlayıb təsdiqləyirsiniz.
Nə edirik
Hər agent bir işi başdan sona qədər görür. Tapşırığı bir-iki cümlə ilə yazırsınız, agent ssenarini, səsi, görüntünü və montajı hazırlayır. Hər addımı görürsünüz və bəyənmədiyiniz hissəni yenidən hazırlatırsınız.
- YouTuber Agent: mövzudan hazır YouTube videosuna, kanalınıza yükləməyə qədər.
- Reels Maker: məhsul və xidmətlər üçün animasiyalı reklam çarxları.
- SMM Agent: bir aylıq post planı bir dəfəyə (tezliklə).
Necə ödəyirsiniz
Abunə məcburi deyil. Balansı manatla artırırsınız və yalnız istifadə etdiyiniz qədər ödəyirsiniz. Hər işin təxmini qiyməti başlamazdan əvvəl göstərilir, hər işin real xərci isə panelinizdə ayrıca görünür.
Prinsiplərimiz
- Şəffaf qiymət: nəyə nə qədər ödədiyinizi həmişə görürsünüz.
- Bizim səhvimiz, bizim məsuliyyətimiz: sistemin xətası ucbatından balansınızdan çıxan məbləği geri qaytarırıq.
- Yaradılan məzmun sizindir: videolarınızı və mətnlərinizi istədiyiniz kimi istifadə edirsiniz.
- Azərbaycan dilində interfeys və dəstək, videolar isə istənilən dildə.
bots.az Lead Agency məhsuludur.